KİV: Tramp dondurulmuş 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya verə bilər
ABŞ lideri Donald Tramp prezidentlik müddətində ilk dəfə Ukraynanın hərbi dəstəyi üçün əlavə vəsaitin ayrılması imkanını nəzərdən keçirir.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən bildirib.
Mümkün yeni maliyyələşmənin mənbəyi məlum olmasa da, mənbələr bildirir ki, Trampın sərəncamında Co Bayden administrasiyasından qalan təxminən 3,85 milyard dollar var. Bu vəsait PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə ayrılıb. Başqa sözlə, ABŞ prezidentinə fövqəladə vəziyyət zamanı Konqreslə razılaşdırmadan xarici tərəfdaşa silah tədarükü üçün fərman imzalamaq imkanı verilir.
CBS ehtimal edir ki, Tramp bu vəsaitdən Kiyevə silah ötürmək məqsədilə istifadə edə bilər. Mənbələrin qiymətləndirməsinə görə, belə bir addım "Rusiyaya siqnal" ola bilər.
Bununla yanaşı, qeyd olunur ki, Tramp nəzəri olaraq ABŞ-da dondurulmuş 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya verə bilər. Lakin nə hazırkı prezident, nə də onun sələfi bu tədbirə əl atmayıb.
Oxşar xəbərlər
Tramp Ukraynaya silah dəstəyi üçün vəsait ayırmağı nəzərdən keçirir
“Reuters”: Tramp ilk dəfə Kiyevə silah vermək hüququndan istifadə edə bilər
Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib
Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır
Pentaqon Ukrayna ordusunun silahları üçün vəsaitin qalan hissəsini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
