Aİ prokurorluğu Xorvatiyanın sabiq nazirinə qarşı yeni ittihamlar irəli sürüb
Avropa Prokurorluğu (EPPO) İstintaqın Xorvatiyanın keçmiş naziri Qabriela Jalatsın restoranlardakı xərclərini Aİ vəsaitləri hesabına ödədiyini müəyyən etməsindən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı yeni ittihamlar irəli sürüb.
“Sizinxeber.az”un Avropa bürosunun verdiyi məlumata görə, Xorvatiya hökumətində regional inkişaf və Avropa fondlarına cavabdeh olmuş və ayrıca iş üzrə korrupsiyaya görə 2 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq nazir iş materiallarına əsasən, 2017-ci ilin mayından 2019-cu ilin iyuluna qədər azı doqquz dəfə restoranlarda şəxsi xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini əmr edib.
İstintaq müəyyən edib ki, bu xərclər rəsmi fəaliyyətlə bağlı deyil, özəl xarakter daşıyıb və Aİ fondlarından maliyyələşməyə uyğun olmayıb. EPPO qeyd edir ki, bu xərclər qismən “Rəqabət Qabiliyyəti və Birlik” proqramının Aİ Fondlarının Strateji Planlaşdırma və Koordinasiya şöbsinin satınalma xərclərinə daxil edilib.
Aİ (85%) və Xorvatiyanın (15%) maliyyə maraqlarına dəymiş ziyan 9 min 732 avro təşkil edib və təqsirləndirilən şəxs istintaq zamanı onu ödəyib.
Xatırladaq ki, Jalats bu ilin iyununda rəhbərlik etdiyi Regional İnkişaf və Avropa Fondları Nazirliyi (MRRFEU) üçün proqram təminatına həddindən artıq ödəniş etməkdə günahını etiraf edərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Yüngül cəza tərəflər arasında razılaşma nəticəsində əldə edilib. Belə ki, Jalats təqsirini etiraf edib və dəymiş ziyana görə qismən kompensasiya kimi 200 min avro ödəyib. Amma bu da kreditorun digər itkilərə görə kompensasiya tələb etmək hüququnu istisna etməyib.
EPPO-dan bildirilib ki, iş üzrə digər təqsirləndirilən şəxslərə - bir məmura və iki sahibkara qarşı 1,73 milyon avroya alınmış “proqram təminatı işi” üzrə cinayət işi davam edir.
Aİ büdcəsinə azı 1 milyon avro, Xorvatiyanın dövlət büdcəsinə isə 300 min avroya yaxın ziyan dəydiyi təxmin edilir. Jalats və bir sıra digər məmurlar siyasi nüfuzundan qanunsuz istifadədə, həmçinin qohumlarının işə götürülməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.
Oxşar xəbərlər
Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb
ABŞ-nin eks-səfiri Kubaya casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan prokurorluğu müxalifətçi Elisaşviliyə qarşı ittiham irəli sürüb
Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunub
Britaniya DİN-in sabiq rəhbəri Mühafizəkarlar Partiyasının lideri olmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
