Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
sizinxeber.az xəbər saytı

Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Birləşmiş Ştatlar Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərinin adi hala çevrildiyini bildirib.

"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə "Fox News" telekanalının efirində Ağ Ev yaxınlığında baş verən son atışma ilə bağlı danışarkən deyib.

"Prezidentə qarşı birbaşa üç sui-qəsd cəhdi olub. Mən həmin hadisələrin ikisində onun yanında idim və bu, artıq adi hala çevrilir", - o deyib.

M.Consonun sözlərinə görə, Tramp bu cür təhdidləri Prezidentin işinin bir hissəsi hesab edir.

O, həmçinin ölkədəki siyasi gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və Demokratlar Partiyasının üzvlərini rəqibləri haqqında sərt açıqlamalar verməkdən çəkinməyə çağırıb.

"Qarşı tərəfi şeytanlaşdırmaq, onları nasist adlandırmaq, Prezidenti demokratiyaya təhdid adlandırmaq və bunun bəzi dəli insanları təhrik etməyəcəyini düşünmək olmaz", - spiker əlavə edib.

Oxşar xəbərlər

Ağ Ev Trampa qarşı sui-qəsdin səbəbini açıqlayıb
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
FTB: Trampın yaxınlığındakı atışma sui-qəsd cəhdidir
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
İrana qarşı missiya başa çatıb, əməliyyat buna görə uzanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər