Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
sizinxeber.az xəbər saytı

Bakıda “Hyundai” markalı minik avtomobili yanıb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Bakıda avtomobil yanıb - VİDEO
Kürdəmirdə avtomobil yanıb - VİDEO
Bakıda “NİVA” yanıb - VİDEO
Bakıda BMW yanıb - VİDEO
Sumqayıtda avtomobil yanıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər