Britaniyanın MN rəhbərini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında peyk siqnalını itirib
sizinxeber.az xəbər saytı

Britaniyanın MN rəhbərini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında peyk siqnalını itirib


Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən GPS siqnalını itirib.

"Report"un məlumatına görə, bu iddia "The Times" qəzeti tərəfindən irəli sürülüb.

Qəzetin jurnalisti hərbi müşavirlər, adı açıqlanmayan üç ulduzlu general və iki fotoqrafla birlikdə Estoniyanın cənub-şərqindəki Britaniya qoşunun mövqelərini ziyarət edən rəsmi ilə birlikdə olub.

Məlumata görə, 21 mayda Böyük Britaniyaya qayıdarkən "Dassault Falcon 900LX" peyk siqnalını itirib. Məqalədə siqnalın yalnız sistemi yenidən yükləməklə bərpa oluna biləcəyi, lakin təyyarənin havada olduğu nəzərə alınmaqla bunun edilmədiyi bildirilir. "The Times" qəzetinin məlumatına görə, nəticədə pilot uçuşun bütün üç saatı ərzində xarici siqnal tələb etməyən inertial naviqasiya sistemindən istifadə edib.

Həmçinin qeyd edilir ki, təyyarənin cihaz paneli qismən işləmir və sərnişinlərin kompüterləri internetə qoşula bilmir. Nəşr müdaxilənin bu konkret təyyarəyə qarşı yönəlmiş hücumun nəticəsi olub-olmadığı barədə nəticə çıxarmayıb.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb
KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
Avropa peyk operatorları Ukraynada “Starlink”i əvəz etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər