Gürcüstan prokurorluğu müxalifətçi Elisaşviliyə qarşı ittiham irəli sürüb
Gürcüstanın Baş Prokurorluğu müxalifətçi və keçmiş parlament üzvü Aleksandr Elisaşviliyə zorakılıqdan istifadə edərək siyasi motivlərə görə təqib etmək ittihamı irəli sürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Xatırladaq ki, Elisaşvili dünən Tbilisidə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə siyasi motivlərlə hücum edib onu döydüyünə görə saxlanılıb.
Qeyd olunur ki, müxalifətçi üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan zorakılıq tətbiq etməklə siyasi motivlərə görə təqib maddəsi ilə ittiham olunur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.
Oxşar xəbərlər
Gürcüstanda müxalifət liderlərindən biri hücuma görə həbs edilib
ABŞ-nin eks-səfiri Kubaya casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb
Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb
Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













