Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevə hökm oxunub.
“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə sabiq rəisin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi
Naxçıvanın həbsdə olan sabiq Penitensiar Xidmətinin rəisinin istəyi reallaşmayıb
Naxçıvanın həbsdə olan Penitensiar Xidmətinin sabiq rəisinin istəyi reallaşmayıb
İşdən çıxarılan polkovnik-leytenant hansı maddələrlə ittiham edilir?
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












