ABŞ: Nüvə silahı üzrə konfransda yekun sənədin olmamasının səbəbi İranla bağlıdır
Vaşinqton administrasiyası hesab edir ki, Nüvə Silahlarının Yaylmaması haqqında Müqavilə barədə İcmal Konfransı üçün yekun sənədin olmaması İranla bağlı fikir ayrılıqları ilə əlaqəlidir.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilir.
O, Nüvə Silahlarının Yaylmaması haqqında Müqaviləyə imza atan dövlətlərin 2026-cı il İcmal Konfransı üçün yekun sənəd barədə razılığa gələ bilməməsindən təəssüfləndiyini bildirib.
"Nüvə Silahlarının Yaylmaması haqqında Müqaviləyə qoşulan bəzi dövlətlərin İran tərəfindən yaranan təhlükəni ciddiyə almaması ABŞ tərəfindən gələcək fəaliyyətimizdə həll ediləcək", - Piqott qeyd edib.
O, əlavə edib ki, ABŞ müqaviləyə və onun üç istiqamətinə: nüvə tərksilahı, yayılmaması və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi prinsiplərinə sadiq qalır.
Piqott həmçinin bildirib ki, Vaşinqton gələcək silah nəzarəti ilə bağlı konstruktiv dialoqu dəstəkləyir və hesab edir ki, İran müqavilə üzrə öhdəliklərini yerinə yetirməyəcək.
Oxşar xəbərlər
BMT-də nüvə silahlarının yayılmaması haqqında müqavilənin yekun sənədi razılaşdırılmayıb
Quterreş nüvə silahının yaylmaması üzrə konfransın nəticələrindən məyus olub
Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib
Dövlət Departamenti: Tramp nüvə silahlarının ixtisarının tərəfdarıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
