Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb
sizinxeber.az xəbər saytı

Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb


Ermənistan Baş Prokurorluğu eks-prezident Robert Köçəryana və İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb.

Sizinxeber.az xəbər verir ki, Köçəryan və Xaçaturov xidməti vəzifələrini aşmaq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar.

Qeyd edək ki, cinayət işi 2008-ci il 1 mart hadisələrinə aiddir. Həmin vaxt İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşma baş verib. Nəticədə 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Oxşar xəbərlər

Məşhur amerikalı prodüserə qarşı cinsi zorakılıqla bağlı yeni ittihamlar irəli sürülüb
Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb
Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər