Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib


Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Premyer Liqanın 11-cisi "Qəbələ"nin və I Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış "Mingəçevir"in nümayəndələri iştirak ediblər.

PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, "Qəbələ" idman direktoru Səbuhi Səfiyarlı, "Mingəçevir" isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən "Qəbələ" nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.

PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək. Oyunda VAR sistemi tətbiq ediləcək.

Oxşar xəbərlər

Azərbaycan I Liqasında pley-offun nominal meydan sahibi müəyyənləşib
Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi açıqlanıb
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər