Vuçiç Avropanı Çinə rəqib yox, tərəfdaş kimi baxmağa çağırıb
sizinxeber.az xəbər saytı

Vuçiç Avropanı Çinə rəqib yox, tərəfdaş kimi baxmağa çağırıb


Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Avropa ölkələri Çinə rəqib yox, tərəfdaş kimi baxmalıdır.

"Report"un məlumatına görə, o, bu fikri Honkonqun "South China Morning Post" qəzeti üçün yazdığı məqalədə bildirib.

"Avropada Çinlə bağlı müzakirələr çox vaxt şübhə və strateji narahatlıqlarla qaralır. Başa düşürəm, hər böyük siyasi icma öz gələcəyini düşünməlidir, amma hesab edirəm ki, Avropa Çinə qorxu və şübhə ilə deyil, inamla və səmimi əməkdaşlıq istəyi ilə yanaşmalıdır", - Serbiya Prezidenti qeyd edib.

A.Vuçiçin sözlərinə görə, Serbiya ilə Çin arasındakı dostluq üçüncü ölkələrə qarşı yönəlməyib.

O, həmçinin ümid etdiyini bildirib ki, gələcəkdə Avropa Çinə realizm və qarşılıqlı hörmət prizmasından baxacaq.

Vuçiç Çin Sədri Si Cinpinin dəvəti ilə 28 maya qədər bu ölkədə səfərdə olacaq. O, daha əvvəl bunu karyerasının ən vacib səfəri adlandırıb.

Oxşar xəbərlər

Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç
Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Vuçiç: Ukrayna Avropa İttifaqına üzv olmağa ən yaxın namizəd ölkədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər