Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb - FOTO
sizinxeber.az xəbər saytı

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb - FOTO


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Sizinxeber.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO - YENİLƏNİB
Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər