sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Oman XİN: İranın nüvə obyektlərinə hücum münaqişəni genişləndirmək təhlükəsi yaradır
Oman ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu pisləyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda vasitəçi kimi çıxış edən Oman Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanata görə, bu hücum Yaxın Şərqdə münaqişəni genişləndirmək təhlükəsi yaradır və beynəlxalq hüququ pozur.
"Xarici İşlər Nazirliyi dərin narahatlıq ifadə edir və ABŞ-nin İran ərazisinə birbaşa hava hücumları nəticəsində yaranan eskalasiyanı pisləyib. Oman gərginliyi dərhal azaltmağa çağırır. ABŞ-nin hərəkətləri müharibəni gücləndirməklə hədələyir, beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulması deməkdir”, - bəyanatda deyilir.
Oxşar xəbərlər
Oman XİN: İsrailin İrana hücumu Tehranın nüvə proqramı üzrə danışıqlara mane olur
Oman XİN: Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər
Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib
Peskov: Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













