Oman XİN: İsrailin İrana hücumu Tehranın nüvə proqramı üzrə danışıqlara mane olur
Oman İsrailin İrana hücumunu pisləyib.
“Report”un məlumatına görə, bu barədə İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"Bu, genişmiqyaslı münaqişəyə, həmçinin Vaşinqton və Tehran arasında nüvə dosyesi üzrə danışıqlara mane olur", - əlavə edilib.
"Bu hücum son dərəcə həssas bir məqamda baş verdi, çünki İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında nüvə danışıqlarının bərpası üçün beynəlxalq səylər aktivləşmişdi. Bu, açıq şəkildə diplomatik prosesi pozmaq və regional və beynəlxalq sabitlik üçün dəhşətli nəticələrə səbəb olacaq daha geniş münaqişəyə təhrik etmək niyyətindən xəbər verir", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə danışıqların 6-cı raundu iyunun 15-də Omanda keçirilməlidir.
Oxşar xəbərlər
Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və ABŞ nüvə dosyesi üzrə növbəti danışıqlar raundunu hələ razılaşdırmayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya İsrailin İrana zərbəsini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













