Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
ABŞ və İran arasında danışıqların dördüncü raundunun yerini İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçilik edən Oman hakimiyyəti elan edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziyasına açıqlamasında deyib.
"Növbəti raund çox güman ki, şənbə günü baş tutacaq. Oman hökuməti bütün təfərrüatlarla məşğuldur. Onlar bütün məlumatları, o cümlədən danışıqların yerini hər iki tərəfə çatdıracaqlar", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbə günü Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında respublikanın nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr aparılıb.
Oxşar xəbərlər
Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib
Romada ABŞ-İran danışıqlarının ikinci raundu başlayıb
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
ABŞ-İran danışıqlarının növbəti raundu Avropada keçiriləcək
İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
