Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib - VİDEO
sizinxeber.az xəbər saytı

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib - VİDEO


Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.

Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Qeyd edək ki, parlamentin legitimliyini tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər. Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib.

Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Oxşar xəbərlər

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili: Parlamentin iclası qeyri-konstusiondur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər