Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir
sizinxeber.az xəbər saytı

Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir


Gürcüstanın müxalifət partiyaları, eləcə də vətəndaş cəmiyyəti təşkilatları paytaxt Tbilisidə "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirir.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, on minlərlə müxalifət tərəfdarı şəhərin müxəlif nöqtələrindən yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçılarına müxalifət liderləri ilə yanaşı prezident Salome Zurabişvili də qoşulub.

Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. Prezident tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb.

Mitinqdə Aİ və Gürcüstanın himni səslədirilib. Aksiya səbəbilə mərkəzi Rustaveli prospektində, eləcə də yaxınlıqdakı bir sıra küçərələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Mitinq iştirakçılarına Azərbaycan dilində də müraciət edilib.

Oxşar xəbərlər

Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan prezideti seçkilərdən əvvəl “texniki hökumət”i təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər