Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib
Gürcüstanın müxalifət partiyaları, eləcə də vətəndaş cəmiyyəti təşkilatları paytaxt Tiflisdə "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirir.
Sizinxeber.az-nın Tiflis müxbiri xəbər verir ki, on minlərlə müxalifət tərəfdarı şəhərin müxəlif nöqtələrindən yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçılarına müxalifət liderləri ilə yanaşı prezident Salome Zurabişvili də qoşulub.
Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. Prezident tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb.
Mitinqdə Aİ və Gürcüstanın himni səslədirilib. Aksiya səbəbilə mərkəzi Rustaveli prospektində, eləcə də yaxınlıqdakı bir sıra küçərələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Mitinq iştirakçılarına Azərbaycan dilində də müraciət edilib.
Oxşar xəbərlər
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil
Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər
Gürcüstan prezideti seçkilərdən əvvəl “texniki hökumət”i təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
