Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız gürcü xalqı verə bilər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişell Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra “X” platformasındakı paylaşımında qeyd edib. O, görüşün Gürcüstan üçün həlledici bir dövrə təsadüf etdiyini, Gürcüstanın namizəd ölkə olaraq islahatları dərinləşdirməli olduğunu qeyd edib.
“İslahatlar, qanunun aliliyi və demokratik prinsiplər Aİ yolunun özəyidir. Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız gürcü xalqı verə bilər”, - Mişel qeyd edib.
Salome Zurabişvli isə paylaşımında Aİ-nin dəstəyinin indiki vaxtda həlledici olduğunu qeyd edib.
“Bu həlledici anda Aİ-nin daha çox dəstəyi və seçki müşahidəçiləri Aİ gələcəyinə öz sadiqliyini bir daha təsdiqləyən Gürcüstan xalqını gücləndirəcək”, - Gürcüstan Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
