Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb
Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İstanbulda keçiriləcək görüşündə regional və qlobal müstəvidə əlaqələrin, ticarət və iqtisadi sahələrdə, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya bildirib.
O, görüşdən sonra XİN başçıları arasında birgə bəyannamənin imzalanacağını qeyd edib.
Səfirin sözlərinə görə, Gürcüstan Baş nazirinin müavini, XİN rəhbəri Maka Boçorişvili türkiyəli və azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
"Görüş zamanı Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin daha da möhkəmləndirilməsi məsələsi də müzakirə mövzularından olacaq", - Kalandiya əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə edib
Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə regional təhlükəsizliyi müzakirə edib
Hakan Fidan: Türkiyə, Gürcüstan və Azərbaycan əlaqələri digər ölkələr üçün model ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
