Almaniya səfiri: Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır
sizinxeber.az xəbər saytı

Almaniya səfiri: Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır


Gürcüstan Avropa İttifaqı ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer jurnalistlərə açıqlamasında deyib.

"Gürcüstanın 2023-cü ilin dekabrından namizəd statusu var. Bu status Aİ-nin üzvlük üçün verə biləcəyi ən böyük hədiyyələrdən biridir. Sizdə bu dəvət var, lakin ötən ilin iyun ayından Gürcüstanın namizəd statusu ilə bağlı işlər dayandırılıb, çünki Gürcüstan ittifaqla yaxınlaşmaq əvəzinə ondan uzaqlaşır", - Fişer deyib.

Səfir Almaniyanın üzvlük prosesinin dayandırılmasına görə, Gürcüstan hökumətinin məsuliyyət daşıdığını qeyd edib. Əlavə edib ki, Almaniya nümayişçilərə qarşı insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan gürcü rəsmilərinin ölkəyə girişinə əlavə qadağa qoyub.

Oxşar xəbərlər

Aİ səfiri: Gürcüstan çox dərin siyasi böhran içindədir
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb
Aİ səfiri: Gürcüstanla əlaqələr hazırda ən aşağı səviyyədədir
Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle