Sankt-Peterburqda yanğın baş verib, 4 nəfər ölüb
Sankt-Peterburqda anqarda yanğın baş verib.
Sizinxeber.az-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində dörd nəfər ölüb.
Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb. Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin meyiti, anqarda isə daha iki nəfərin meyiti tapılıb. İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğın aseton partlayışı nəticəsində baş verib. Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması (Cinayət Məcəlləsinin 216-cı maddəsi) maddəsi ilə cinayət işi açıb.
Oxşar xəbərlər
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Nigeriyada yataqxanada yanğın baş verib, 17 nəfər ölüb
Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb
Tovuzda ev yanıb, yaşlı kişinin meyiti aşkarlanıb
Rusiyada yeniyetmə dörd həmyaşıdını bıçaqlayaraq öldürüb, daha sonra yanğında həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
-
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb - FOTO
-
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
