Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
sizinxeber.az xəbər saytı

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb


Şimal-qərb bölgəsində leysan yağışları olub, Qax və Şəkinin bəzi ərazilərinə dolu düşüb.

APA xəbər verir ki, günün ikinci yarısı saat 16:30-dan başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən rayonu istiqamətindən ölkə ərazisinə qeyri-sabit hava şəraiti daxil olub. Hava şəraitinin kəskin dəyişməsi səbəbilə bölgənin Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində leysan xarakterli yağış müşahidə olunub.

Bölgənin dağ çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Qax rayonunun Ağçay, İlisu və Sarıbaş kəndlərinin ərazilərinə və Şəki rayon mərkəzinin yuxarı hissəsinə dolu düşüb. Qaxın Ağçay kəndinin daxilindən axan çaydan qısamüddətli sel keçib. Bölgədə qeyr-sabit hava şəraiti davam edir.

Qəbələdə də küləklə müşayiət olunan güclü leysan və dolu düşərək fəsadlar yaradıb. Ani başlayan yağış küçələrdə keçilməz suyun yaranmasına səbəb olub, eləcə də dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib.

Dolu dənəciklərinin böyük olması həm ağaclara həmdə avtomobillərə ciddi ziyan vurub. Qeyri sabit hava şəraiti hələdə davam edir.

İlham Əhmədov

Vüqar Heydərov

Oxşar xəbərlər

Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Şəki, Tərtər və Daşkəsənə dolu düşüb
Qaxda güclü dolu və leysan kənd təsərrüfatına ciddi ziyan vurub
Qaxda güclü külək evin dam örtüyünü qoparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər