NATO ölkələrinin Arktika sularında təlimi baş tutub
sizinxeber.az xəbər saytı

NATO ölkələrinin Arktika sularında təlimi baş tutub


NATO-nun dörd üzv dövləti Arktika sularında hərbi-dəniz təlimləri keçirib.

APA "Euractiv" nəşrinə istinadən xəbr verir ki, təlimlər Şimal Buzlu okeanında patrul fəaliyyətlərinin genişləndirilməsi çərçivəsində baş tutub.

Niderland, Norveç, Portuqaliya və Almaniyaya məxsus hərbi gəmilər Norveçin şimal sahilləri və Uzaq Şimal bölgəsində birgə manevrlərdə iştirak edib.

NATO-nun Dəniz Qüvvələri Komandanlığının (MARCOM) məlumatına görə, təlimlərin məqsədi Alyans ölkələrinin birgə fəaliyyət imkanlarını sınaqdan keçirməkdir.

Əməliyyat həmçinin Arktika regionunda dəniz yollarının təhlükəsizliyinin təmin olunması və sualtı fəaliyyətin monitorinqi məqsədi daşıyır.

Oxşar xəbərlər

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
İran Hind okeanında hərbi dəniz təlimləri keçirir
KİV: NATO-nun iki gəmisi Finlandiya körfəzinə yan alıb
Rusiya, Çin və İran birgə təlimləri başlayıb
NATO ekspertləri Bakıda hava əməliyyatları ilə bağlı kurs keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər