DSX hərbçiləri Zəngilanda dağlıq ərazidə köməksiz qalan cüyür balasını xilas ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
18:00
ff aaaaaaa

DSX hərbçiləri Zəngilanda dağlıq ərazidə köməksiz qalan cüyür balasını xilas ediblər

26 may, 2026
18:00
940

DSX hərbçiləri Zəngilanda dağlıq ərazidə köməksiz qalan cüyür balasını xilas ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Bildirilib ki, baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib. Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

"İşğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir", - DSX-nin məlumatında bildirilib.

DSX hərbçiləri Zəngilanda dağlıq ərazidə köməksiz qalan cüyür balasını xilas ediblər

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul