Messi 6-cı dəfə dünya çempionatında iştirak edəcək
Lionel Messi futbol üzrə Argentina millisinin dünya çempionatı üçün heyətinə daxil edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası məlumat verib.
Canluka Prestianni və İspaniya "Real Madrid"inin formasını geyinən Franko Mastantuono yığmadan dəvət almayıblar.
Argentina millisinin heyəti - qapçılar: Emiliano Martines ("Aston Villa", İngiltərə), Xuan Musso ("Atletiko Madrid", İspaniya), Xeronimo Rulyi ("Marsel", Fransa), müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid"), Qonsalo Montyel ("River Pleyt"), Kristian Romero ("Tottenhem", İngiltərə), Loenardo Balyerdi ("Marsel"), Lisandro Martines ("Mançester Yunayted", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Lans", Fransa), yarımmüdafiəçilər: Leandro Paredes ("Boka Xuniors"), Covanni Lo Çelso ("Betis", İspaniya), Rodriqo De Paul ("İnter Mayami", ABŞ), Tyaqo Almada ("Atletiko Madrid"), Esekiel Palasios ("Bayer", Almaniya), Nikolas Qonsales ("Yuventus", İtaliya), Niko Pas ("Komo", İtaliya), Aleksis Mak Allister ("Liverpul", İngiltərə), Entso Fernandes ("Çelsi", İngiltərə), Valentin Barko ("Strasburq", Fransa), hücumçular: Xulian Alvares ("Atletiko Madrid"), Lionel Messi ("İnter Mayami"), Lautaro Martines ("İnter"), Xose Manuel Lopes ("Palmeyras", Braziliya), Culiano Simeone ("Atletiko Madrid").
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya ilə oynayacaq.
38 yaşlı "İnter Mayami" hücumçusu üçün bu turnir onun altıncı Dünya Kuboku ola bilər. Əvvəllər Portuqaliya heyətinə daxil olan Kriştiano Ronaldo da oxşar nailiyyətə imza ata bilər. Messi 2022-ci il Dünya Kuboku çempionu, 2008-ci il Olimpiya çempionu, ikiqat Amerika Kuboku qalibi və səkkizqat "Qızıl Top" mükafatçısıdır.
Oxşar xəbərlər
FIFA ilin ən yaxşılarını açıqlayıb
Klublararası dünya çempionatının püşkü atılıb
İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
"Tottenhem" Argentina millisinin üzvü ilə müqavilə müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
