ABŞ İranın neft sektoruna qarşı sanksiyaları genişləndirib
sizinxeber.az xəbər saytı

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları genişləndirib


ABŞ və İran arasında atəşkəsin qorunması və Hörmüz boğazından gəmilərin daşınmasını təmin etmək barədə ilkin razılaşmalara baxmayaraq, Vaşinqton İran neftinin ixracı ilə məşğul olan qurumlara qarşı yeni sanksiyalar paketi tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

İran nefti və neft məhsullarının daşınmasında iştirak edən səkkiz gəmi məhdudiyyətlərə məruz qalıb. Bunlara müvafiq olaraq Marşal adaları, Komor adaları və Panama bayraqları altında üzən Flora, Hauncayo və Ill Gap tankerləri daxildir.

Bundan əlavə, Honkonqda qeydiyyatdan keçmiş Worth Seen Energy Limited, eləcə də Dubayda yerləşən Symphony Shipping and Maritime Management Inc. daxil olmaqla 15-dən çox şirkətə qarşı sanksiyalar tətbiq edilib.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın neft gəlirlərini artırmasının qarşısını almaq niyyətindədir və bu gəlirlər ölkənin hərbi potensialını gücləndirmək üçün istifadə edilə bilər.

Oxşar xəbərlər

ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
ABŞ İrana sanksiyalar siyahısını genişləndirib
ABŞ husilərlə əlaqəsi olan şirkətlərə və gəmilərə qarşı sanksiyaları genişləndirib
ABŞ İran nefti ilə ticarətə görə 16 şirkət və 23 tankerə sanksiyaya tətbiq edib
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər