Hindistan ilk dəfə döyüş təyyarələrinin Pakistan tərəfindən vurulduğunu təsdiqləyib
sizinxeber.az xəbər saytı

Hindistan ilk dəfə döyüş təyyarələrinin Pakistan tərəfindən vurulduğunu təsdiqləyib


Hindistan ilk dəfə dolayı yolla Pakistanın Hindistan döyüş təyyarələrini vurduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu haqda Hindistan ordusunun Baş Qərargah rəisi Anil Çauhan açıqlama verib.

“Yaxşı tərəfi odur ki, biz etdiyimiz taktiki səhvi anlaya bildik, onu düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi uzaq mənzilli hədəfləri vurmaq üçün geri uçurduq”, - o bildirib.

Qeyd edək ki, Pakistanın baş naziri Şahbaz Şərif bu yaxınlarda toqquşmalar zamanı Hindistanın 6 qırıcısını vurduqlarını, onlardan dördünün Fransa istehsalı olan “Rafale” qırıcısı olduğunu bildirib.

Hindistan hökuməti bundan əvvəl toqquşmalar zamanı hər hansı döyüş təyyarəsini itirib itirmədiyi ilə bağlı suala şərh verməkdən çəkinmişdi.

Oxşar xəbərlər

KİV: Pakistanın Hərbi Hava Qüvvələri Hindistanın azı iki qırıcısını vurub
Pakistan ordusu Hindistanın beş qırıcısını vurub - YENİLƏNİB
Pakistan ordusu Hindistanın üçüncü qırıcısını vurub - YENİLƏNİB
Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq
Tramp: Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle