KİV: Pakistanın Hərbi Hava Qüvvələri Hindistanın azı iki qırıcısını vurub
sizinxeber.az xəbər saytı

KİV: Pakistanın Hərbi Hava Qüvvələri Hindistanın azı iki qırıcısını vurub


Pakistanın J-10 qırıcısı çərşənbə günü Hindistanın azı iki döyüş təyyarəsini vurub.

“Report”un xəbərinə görə, bu barədə “Reuters”ə anonimlik şərti ilə iki amerikalı məmur məlumat verib.

Pakistanın Hindistan qırıcılarına “hava-hava” raketləri buraxmaq üçün Çin istehsalı olan J-10 təyyarəsindən istifadə etdiyi və onlardan azı ikisini vurduğu bildirilir. Başqa mənbə, vurulan Hindistan təyyarələrindən azı birinin Fransa istehsalı olan “Rafale” qırıcısı olduğunu bildirib.

Bununla yanaşı hər iki rəsmi, Pakistanın F-16-larının hava döyüşlərində istifadə edilmədiyini təsdiqləyib.

Pakistanın Müdafiə Nazirliyinin İdarələrarası ictimaiyyətlə əlaqələr xidmətinin baş direktoru Əhməd Şərif Çaudri çərşənbə günü bildirib ki, Pakistan qırıcıları üç “Rafale”, bir MiQ-29 və bir Su-30 MKI daxil olmaqla, azı beş düşmən təyyarəsini vurub.

Hindistan bu xəbərləri rəsmın təkzib edib, lakin yerli rəsmilər “Reuters”ə bildiriblər ki, azı üç Hindistan təyyarəsi Yeni Dehlinin nəzarətində olan Cammu və Kəşmirdə qəzaya uğrayıb.

Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü agentliyə məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, “Çendu J-10” Çində istehsal olunan dördüncü nəsil bütün hava şəraitinə uyğun çoxməqsədli qırıcı təyyarədir. Bir sıra ekspertlər onu 4+ nəsil kimi təsnif edirlər.

Hazırda Çin və Pakistan Hərbi Hava Qüvvələrində xidmətdə olan J-10CE modifikasiyasının Misirə ilk tədarükü bu ilin fevralında bildirilib.

Oxşar xəbərlər

Pakistan ordusu Hindistanın beş qırıcısını vurub - YENİLƏNİB
Pakistan ordusu Hindistanın üçüncü qırıcısını vurub - YENİLƏNİB
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib
Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle