İsrail ordusunun 2 hərbçisi həlak olub, 12 nəfər isə yaralanıb
Qəzza zolağının cənubundakı Rəfah bölgəsində içərisində olduqları binanın partlaması və uçması nəticəsində çoxlu sayda İsrail əsgəri dağıntılar altında qalıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda Qətərin əl-Cəzira telekanalı məlumat yayıb.
İsrail saytları daha əvvəl Rəfəhdə partlayış və binanın çökməsi nəticəsində bir əsgərin öldüyünü, digərlərinin isə dağıntılar altında qaldığını bildirmişdi.
Daha sonra İsrail mətbuatında yayılan məlumata görə isə hadisə zamanı azı iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Hərbi Hava Qüvvələri yaralıları Qəzza zolağından çıxarmaq və Aşkelondakı Barzilai xəstəxanasına çatdırmaq üçün helikopterlər göndərib.
Məlumatda qeyd olunur ki, partlayıcı qurğunun işə salınması binanın uçmasına səbəb olub və nəticədə İsrail əsgərləri dağıntılar altında qalıb.
Oxşar xəbərlər
İsrailin Qəzzada Cibəliyə Qaçqın Düşərgəsinə hücumu nəticəsində 33 nəfər ölüb
İsrail Qəzzaya hava zərbəsi endirib, üç nəfər ölüb
Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb, yaralılar var
Myanmada güclü zəlzələ nəticəsində azı 25 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
