Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə apardıq"
sizinxeber.az xəbər saytı

Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə apardıq"


Avstriya millisi Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə aparıb.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Ralf Ranqnik Argentina yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları görüşü qiymətləndirib:

"Daha artığına nail ola bilərdik, amma ümumilikdə çıxışımız planlaşdırdığımız alındı. Cəsarətlə və qorxmadan mübarizə apardıq. Lakin bəzi epizodlarda bir az da cəsarətli davranmağımızı və xüsusilə qapıya daha yaxşı zərbələr endirməyimizi istərdim.

Rəqibin ikinci qolu əks-hücumdan vurması isə çox məyusedici oldu. Amma ümumi mənzərəyə baxsaq, yaxşı oyun sərgilədik".

Qeyd edək ki, Argentina - Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətli və qorxmaz mübarizə apardıq"
DÇ-2026-da yer alan Avstriya baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddətini uzadıb
Ralf Ranqnik yenidən "Mançester Yunayted"ə qayıda bilər
Azərbaycan millisinin baş məşqçisi: "Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı"
Lionel Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər