İsrailin Qəzzada Cibəliyə Qaçqın Düşərgəsinə hücumu nəticəsində 33 nəfər ölüb
İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibəliyə Qaçqın Düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail tərəfindən 14 gündür mühasirədə saxlanılan Qəzza zolağının şimalında axşam saatlarında Cibəliyə Qaçqın Düşərgəsi və ətraf bölgələri ağır bombardman edilib, səhiyyə sisteminin çökdürülməsi və rabitə xətlərinin kəsilməsi humanitar fəlakətə səbəb olub.
Qəzzada Fələstin hökumətinin verdiyi yazılı açıqlamaya görə hava hücumları nəticəsində 21-i qadın və uşaq olmaqla ən azı 33 fələstinli həlak olub.
Vəziyyəti ağır olanlar da daxil olmaqla 85 nəfərin yaralandığı bildirilir.
Açıqlamada dağıntılar altında hələ də çoxlu adamın olduğu təxmin edildiyi üçün ölənlərin sayının 50-yə çata biləcəyi ehtimal olunur.
Oxşar xəbərlər
KİV: İsrailin Qəzzada yaşayış binasına endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 9 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya hava zərbələri nəticəsində 30-dan çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzada məktəbə endirdiyi zərbə nəticəsində 19 fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












