“Air India” Yəməndən edilən hücumdan sonra Təl-Əviv reyslərini 6 mayadək dayandırdı
Hindistanın “Air India” hava yolları şirkəti, Ben Qurion hava limanı ərazisinə raket qalıqlarının düşməsindən sonra Təl-Əvivə olan reyslərini 6 may 2025-ci il tarixinədək dayandırdığını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Bu səhər Təl-Əvivdə baş verən hadisələrlə əlaqədar olaraq, müştərilərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və Təl-Əvivdən olan uçuşlarımız 2025-ci il 6 mayadək dayandırılır”, – deyə məlumatda bildirilir.
Aviadaşıyıcı müştərilərinə alternativ uçuş variantları, biletlərin pulsuz dəyişdirilməsi və ya uçuşun ləğvinə görə tam ödənişin geri qaytarılması imkanlarını təklif edir.
Oxşar xəbərlər
“Air India” Banqladeşə uçuşları bərpa edib
Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırıb
"Lufthansa" Təl-Əviv və əksinə olan bütün uçuşları təxirə salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













