QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək
sizinxeber.az xəbər saytı

QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək


Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edilib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, qərarın məqsədi QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin edilməsidir.

Qərarla həmçinin QHT-lərin kiçik qrant, böyük qrant və səfər qrantı müsabiqələri, dövlət sifarişləri və müsabiqədənkənar maliyyələşdirilməsi üzrə prosedurlar, layihələrin qiymətləndirilməsi meyarları, maliyyələşdirmə şərtləri və nəzarət mexanizmləri müəyyən edilib.

Oxşar xəbərlər

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
Mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi üçün yeni qaydalar müəyyənləşdiriləcək
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
QHT Agentliyinin 5 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər