Filippində beynəlxalq hava limanında avtomobil qəzası olub, 2 nəfər ölüb, yaralılar var
Bu gün səhər saatlarında Filippinin paytaxtı Manilada yerləşən Ninoy Aquino Beynəlxalq Hava Limanının (NAIA) 1-ci terminalının girişində ağır avtomobil qəzası baş verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABS-CBN News kanalı məlumat yayıb.
Kanal yaralıların vəziyyəti və zərərçəkənlərin sayını açıqlayıb. Məlumata görə, qara rəngli SUV tipli avtomobil hava limanının girişindəki səkiyə çırpılaraq iki nəfərin həyatına son qoyub, bir neçə nəfər isə yaralanıb.
Filippin Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, hadisə nəticəsində 4 yaşlı qız uşağı və bir kişi həlak olub. Bundan əlavə, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Hadisəyə səbəb olan avtomobilin sürücüsü dərhal polis tərəfindən saxlanılıb. Hazırda hadisənin səbəbləri və təfərrüatları ilə bağlı istintaq aparılır.
Oxşar xəbərlər
Göyçayda avtomobil qəzası olub, 2 sərnişin xəsarət alıb
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 ölü, 3 yaralı
Çində helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













