Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Qaxda minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18 radələrində Qax şəhərinin girişində baş verib.
Belə ki, minik avtomobili eyni istiqamətdə hərəkətdə olan “VAZ” markalı digər minik avtomobilinə çırpılıb.
Qəza zamanı “VAZ” markalı avtomobildə sərnişin qismində olan üç qadın; Qax rayon sakinləri 1957-ci il təvəllüdlü Zeynəb Süleyman qızı Abakarova, onun qızı 1978-ci il təvəllüdlü Elnarə İsa qızı İsayeva və gəlini 1991-ci il təvəllüdlü Dürrə Məhəmməd qızı Abakarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə çağrılmış Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Qax rayon şöbəsinin həkim briqadası tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Hazırda xəstəxanada yaralıların müayinə və müalicəsi aparılır.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












