İsrail 33 girov müqabilində 1890 fələstinli məhbusu azad edəcək
İsrail razılaşmanın birinci mərhələsində HƏMAS-ən əlində olan 33 girovun müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat verib.
"42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək", - nazirliyin “Facebook “səhifəsində dərc edilən mətndə deyilir.
Nazirlik həmçinin vasitəçilərin Qəzza atəşkəsinin razılaşdırılmış müddət ərzində üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini də xatırladıb.
Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari isə HƏMAS ilə İsrail arasında Qəzza zolağında atəşkəsin yanvarın 19-da yerli vaxtla saat 08:30-da qüvvəyə minəcəyini bildirmişdi.
Oxşar xəbərlər
KİV: Qəzza ilə bağlı ilkin razılaşmada 1000-ə yaxın fələstinli məhbus azad ediləcək
KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır
“Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
