Sizinxeber.az » DÜNYA » Asiya » “Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir

“Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir

İsrail və HƏMAS hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.

APA xəbər verir ki, bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, ilk mərhələdə hərəkat üzvləri qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcək.

Qəzetin mənbələri onların əksəriyyətinin sağ olduğuna inanır.

Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlananların qalan hissəsi azad ediləcək.

“Haaretz” qeyd edir ki, razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur.

“Kan” radiosunun məlumatına görə, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır.

The Jerusalem Post”un məlumatına görə, sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək. Qəzetin məlumatına görə, azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !