İsrail razılaşmanı davam etdirmək üçün HƏMAS-dan girovların siyahısını gözləyir
İsrail HƏMAS-dan Qəzza zolağında saxlanılan girovların siyahısını gözləyir.
Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik mənbələrinə istinadən “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Mənbə bildirib ki, danışıqlar zamanı müəyyən irəliləyiş əldə olunub, lakin razılıq əldə etmək yolunda ciddi çətinliklər var.
Onun sözlərinə görə, İsrail hələ də HƏMAS-dan saziş çərçivəsində azad etməyi planlaşdırdıqları canlı girovların siyahısını gözləyir.
Mənbə onu da əlavə edib ki, bu siyahı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq.
Tərəflərin nümayəndə heyətləri Qətərdə mümkün sazişin detallarını müzakirə etməyə davam edir.
“The Times of Israel”in yazdığına görə İsrail və HƏMAS arasında potensial razılaşmanın birinci mərhələsində Qəzzada saxlanılan uşaqlar, qadın əsgərlər, qocalar və xəstələr müqabilində 250 fələstinli məhbusun İsrail həbsxanalarından azad ediləcəyi gözlənilir.
Bəzi məlumatlara görə, İsrail birinci mərhələdə 34 girovun, o cümlədən HƏMAS-ın əsgər hesab etdiyi 11 nəfərin azad edilməsini tələb edib.
Oxşar xəbərlər
İsrail və HƏMAS bir ay ərzində girovlarla bağlı razılıq əldə edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ynet: HƏMAS və İsrail ilk növbədə azad ediləcək girovların sayını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza ilə bağlı danışıqların davam etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS: İsrail yeni şərtlər irəli sürməsə, Qəzza razılaşması mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reuters: İsrail nümayəndə heyəti Dohada Qəzza zolağına dair razılaşmanı müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












