sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb
İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.
"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır", — məlumatda deyilir.
Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanda Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə 38 nəfər ölüb.
Oxşar xəbərlər
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq
İsrail Prezidenti: AZAL-ın təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi
Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq
BƏƏ rəhbərliyi Azərbaycan liderinə başsağlığı məktubu ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
