Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib.
"Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, xəsarət alanları Rusiya FHN-in "Tsentrospas" dəstəsinin həkimləri, Rusiya FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin mütəxəssislər qrupu müşayiət edəcək.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya sülhməramlılarının texnikası qəzaya uğradı: Azərbaycan tərəfi tibbi yardım göstərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qazaxıstanda qəzaya uğrayan təyyarədə 15 Rusiya vətəndaşı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Aeroflot" AZAL-a həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












