Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin tibii modullarla təchiz olunmuş İl-76 xüsusi təyyarəsi Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya FHN-dən bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığına və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişinə əsasən, xüsusi reys Moskvadan Aktauya uçub.
Bildirilib ki, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan rusiyalıların sanitar təxliyəsini tibbi təyyarə həyata keçirəcək.
Təyyarə yaralıların daşınması üçün bütün lazımi avadanlıqla təchiz olunub.Müasir xüsusi tibbi modullar, süni tənəffüs aparatları və ürək monitorları uçuş zamanı xəstələrə tibbi yardım göstərməyə və onların vəziyyətinə nəzarət etməyə imkan verir.
Əlavə olunub ki, “Centrospas” dəstəsinin həkimləri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi təyyarədə zərərçəkənləri müşayiət edəcək.
Qeyd edək ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraya Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində miliyyətcə azərbaycanlı olan üç Rusiya vətəndaşının da olduğu bildirilib.
Oxşar xəbərlər
Putin MDB sammitində Aktaudakı təyyarə qəzasından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya sülhməramlılarının texnikası qəzaya uğradı: Azərbaycan tərəfi tibbi yardım göstərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












