Fərid Osmanov: "Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır"
sizinxeber.az xəbər saytı

Fərid Osmanov: "Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır"


Azərbaycanda rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə yeni qanunvericilik paketinin hazırlanması istiqamətində işlər aparılır: "Rəqəmsallaşmanın genişlənməsi və yeni texnologiyaların tətbiqi çevik və innovasiyaları dəstəkləyən hüquqi bazanın formalaşdırılmasını zəruri edir. Rəqəmsallaşmanın genişləndirilməsi fonunda bu prosesi dəstəkləyən və çevik inkişaf edən qanunvericilik bazasının yaradılması vacibdir. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti agentliklər, tərəfdaş təşkilatlar və digər dövlət qurumları ilə birlikdə müvafiq qanunvericilik paketinin hazırlanması istiqamətində işlər aparır".

O əlavə edib ki, yeni hüquqi mexanizmlər ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi, innovasiyaların tətbiqi, süni intellekt texnologiyalarının genişləndirilməsi və rəqəmsal xidmətlərin inkişafı üçün əlverişli mühit formalaşdırmağa xidmət edəcək.

Oxşar xəbərlər

İRİA: "Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq"
Fərid Osmanov: "Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdıracaq"
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"nə dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər