Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb


İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.

Bu barədə “Tasnim” Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xameneinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.

Xamenei ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Oxşar xəbərlər

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək
Netanyahu Müctəba Xameneinin sağ olduğuna inanır
Xameneinin müşaviri Şamxani İsrailin İrana hücumunda ağır yaralanıb
İran XIN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır
Xameneinin qırxı çıxdı, ancaq dəfn edilməyib - Video

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər