ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşmək üçün martın 11-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Səudiyyə Ərəbistanına gedərək Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak da daxil olmaqla Ukrayna rəsmiləri ilə görüşəcəklər.
ABŞ və Ukrayna arasında gərginlik ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfəri zamanı ABŞ Prezidenti Donald Trampla mübahisəli görüşündən sonra artıb.
Bundan sonra ABŞ Ukraynaya yardımı dayandırdığını elan edib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Zelenskinin Rusiya ilə danışıqlara hazır olmasını münaqişənin sona çatması istiqamətində irəliyə doğru müsbət addım kimi qiymətləndirib.
ABŞ nümayəndə heyəti bundan əvvəl fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşüb.
Bu, 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri ABŞ və Rusiya rəsmiləri arasında ən geniş müzakirələr olub.
Oxşar xəbərlər
ABŞ rəsmiləri Rusiya tərəfi ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yola düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başa çatıb- VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












