Müharibə başlayandan bəri BƏƏ və İran arasında ilk danışıqlar aparılıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəkvəzifəli nümayəndələri ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri ilk dəfə görüş keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu həftə baş tutan danışıqlar hər iki tərəfin daha sabit ikitərəfli münasibətlərə ehtiyac olduğunu dərk etməsi fonunda mümkün deeskalasiyaya dair diqqətçəkən bir siqnal olub. Qeyd olunur ki, təşəbbüs əsasən gərginliyi azaltmağa və Tehranla dialoqu bərpa etməyə çalışan Əbu-Dabidən gəlib.
Mənbələr vurğulayır ki, hazırda BƏƏ hakimiyyəti diqqəti öz iqtisadiyyatı və milli təhlükəsizliyi üçün risklərin minimuma endirilməsinə yönəldib. Bildirilib ki, bu yanaşma Əbu-Dabinin münaqişənin ilkin mərhələlərində tutduğu daha sərt mövqeyə ziddir.
Oxşar xəbərlər
ABŞ və İsrailin hərbi əməliyyatı başlayandan bəri İranda 3 mindən çox insan ölüb
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Qızıl ABŞ ilə İran arasında mümkün danışıqlar fonunda ucuzlaşır
Media: ABŞ hərbi gəmiləri Tehranla razılaşdırmadan Hörmüzü keçib
BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
