Türkiyə Banklar Birliyinin katibi: "Kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq güclənir"
Türk dövlətləri arasında rəqəmsal bankçılıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq güclənir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır deyib.
Onun sözlərinə görə, Türk dövlətləri sahib olduğu güclü texniki bilik bazası, yüksək səviyyədə yetişmiş insan resursları və inkişaf etmiş maliyyə infrastrukturu ödəniş sistemləri sahəsində daha sıx əməkdaşlıqların qurulması üçün mühüm imkanlar yaradır: "Bu istiqamətdə atılacaq birgə addımlar yalnız maliyyə inteqrasiyasını deyil, həm də regionumuzun texnoloji səriştəsini və qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. İstər açıq bankçılıq, istərsə də transsərhəd inteqrasiya proseslərində bu rəqəmsal transformasiyanın ən fundamental elementi və ən dəyərli aktiv məhz məlumatlardır (data). Məlumatlardan səmərəli istifadə süni intellekt texnologiyalarının kredit risklərinin qiymətləndirilməsi, fırıldaqçılığın aşkar edilməsi, müştəri xidmətlərinin təkmilləşdirilməsi və risklərin idarə olunması kimi bankçılığın bütün sahələrində köklü transformasiyaya səbəb olur".
O bildirib ki, rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi ilə yanaşı, kibertəhlükəsizlik riskləri də əhəmiyyətli dərəcədə artır: "Bu səbəbdən bankların kibertəhdidlərə qarşı güclü və sistemli tədbirlər görməsi xüsusi önəm daşıyır. Regional səviyyədə kibertəhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, təhdid kəşfiyyatının paylaşılması və ortaq müdafiə mexanizmlərinin yaradılması bank sektorunun dayanıqlılığına ciddi töhfə verə bilər. Eyni zamanda, tənzimləyici uyğunluq və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində standartların yaxınlaşdırılması da regional inteqrasiyanın əsas istiqamətlərindən biridir".
Oxşar xəbərlər
Nurullah Bakır: "Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla güclənəcək"
ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"
Nurullah Bakır: "Yaşıl maliyyə" alətləri bankçılıqda yeni mərhələ yaradır"
Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 129 milyonu ötüb
"Group-IB": Banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
