“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb
sizinxeber.az xəbər saytı

“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb


Bu gün İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandiri və daha bir zabiti “Hizbullah”la toqquşma zamanı yaralanıb, digər bir zabit isə dron zərbəsi nəticəsində xəsarət alıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, atışmada yaralanlardan birinin vəziyyəti ağırdır. Ağır yaralanan zabit dərhal helikopterlə xəstəxanaya çatdırılıb, bölmə komandiri olan polkovnik-leytenant isə yüngül xəsarət alıb və bir neçə saat sonra hospitala aparılıb.

İsrail ordusu bildirib ki, hərbiçilər ərazidə axtarış əməliyyatları apararkən Hizbullah” döyüşçülərinin müqaviməti ilə üzləşib.

Eyni zamanda, ayrı bir insidentdə İsrail ordusunun zabiti Livanın cənubunda “Hizbullah”a məxsus olduğu ehtimal edilən partlayıcı dronun hücumu nəticəsində ağır yaralanıb.

Oxşar xəbərlər

İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb
İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
IDF Beyrutda "Hizbullah"ın "Radvan" qüvvələrinin komandirinin öldürüldüyünü təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər