IDF Beyrutda "Hizbullah"ın "Radvan" qüvvələrinin komandirinin öldürüldüyünü təsdiqləyib
Son həftələrdə “Hizbullah”ın İsrail hərbçiləri və mülki şəxslər üçün təhlükə yaradan 220-dən çox üzvü və komandiri zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumatda bildirilib ki, təkcə son bir həftədə İsrail Hərbi Hava Qüvvələri və quruda fəaliyyət göstərən bölmələrin birgə əməliyyatları nəticəsində 85-dən çox “Hizbullah” üzvü öldürülüb.
IDF dünən gecə Beyrutda keçirilən hava hücumunda “Hizbullah”ın elit “Radvan” qüvvələrinin komandiri Əhməd Qalib Balutun öldürüldüyünü təsdiqləyib.
Açıqlamada “Radvan” qüvvələrinin komandirinin öldürülməsindən əlavə, daha bir neçə mühüm şəxsin də zərərsizləşdirildiyi vurğulanıb. Bunlar təşkilatın “Nasir" bölməsinin kəşfiyyat şöbəsinin rəhbəri Məhəmməd Əli Bazi, “Hizbullah”ın hava hücumundan müdafiə müşahidəsinin zabiti Hüsseyin Hassan Romanidir.
IDF bildirib ki, həmin şəxslər İsrail hərbçiləri və mülki vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak ediblər.
İsrail ordusunun məlumatına görə, son bir həftə ərzində Livanın cənubunda “Hizbullah”a məxsus 180-dən çox obyektə zərbələr endirilib. Hədəflər arasında komanda mərkəzləri, silah anbarları və istifadəyə hazır raket qurğuları olub.
Oxşar xəbərlər
İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
İsrail Livanda “Hizbullah”ın 3 üzvünü əsir götürdüyünü açıqlayıb
İsrail “Hizbullah” komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
