NASA astronavtlara stansiyaya qayıtmağı tapşırıb - YENİLƏNİB
“Roskosmos” hava sızmasının qarşısını almaq üçün konstruktiv təmir işlərini müvəqqəti dayandırdıqdan sonra agentlik astronavtlardan Beynəlxalq Kosmik Stansiyada planlaşdırılmış fəaliyyətlərinə qayıtmağı xahiş edib.
APA xəbər verir ki, bu barədə NASA-nın mətbuat katibi Besani Stivens “X”-də bildirib.
O qeyd edib ki, “Roskosmos” Zvezda servis modulunun transfer tunelində cümə günü planlaşdırılan konstruktiv təmir işlərini əlavə ölçmələr və məlumatların qiymətləndirilməsi üçün müvəqqəti dayandırıb. Bunu nəzərə alaraq, NASA “Dragon” kosmik gəmisində olan ekipaj üzvlərinə təhlükəsiz sığınacaq prosedurlarını dayandırmağı və Beynəlxalq Kosmik Stansiyada planlaşdırılmış fəaliyyətlərinə qayıtmağı tapşırıb.
NASA həmçinin bildirib ki, sızmaların aradan qaldırılması üçün “Roskosmos” ilə birgə əməkdaşlıq etməyə ümid edir.
***
19:00
NASA Beynəlxalq Kosmik Stansiyada (BKS) hava sızmasının güclənməsi səbəbindən astronavtlara mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib.
Bu barədə "Reuters" NASA-ya istinadən məlumat yayıb.
NASA-nın məlumatına görə, orbital stansiyanın Rusiya seqmentində hava sızmasının artması fonunda astronavtlara kosmik gəmilərinə keçmək və fövqəladə vəziyyətə hazır olmaq tapşırılıb.
Bildirilib ki, NASA-nın Crew-12 missiyasının dörd üzvü — amerikalı astronavtlar Cessika Meir və Cek Heteuey, Avropa Kosmik Agentliyinin fransalı astronavtı Sofi Adeno və “Roskosmos”un kosmonavtı Andrey Fedyayevə SpaceX-in "Crew Dragon" gəmisinə daxil olmaq və skafandr geyinmək əmri verilib.
Astronavtlar fevral ayından etibarən Beynəlxalq Kosmik Stansiyada çalışırlar. Onlar Ay və Marsa gələcək missiyalar üçün elmi tədqiqatlar və texnologiya sınaqları aparırlar.
Oxşar xəbərlər
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
KİV: NASA və Pentaqon “SpaceX” raketlərindən imtina etmək istəyir
NASA və Pentaqon “SpaceX” raketlərinə alternativ tapmağa çalışır
BKS-dən 3 nəfər Yer kürəsinə qayıdıb
“Crew Dragon” gəmisi BKS-in digər moduluna uğurla yenidən yanaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
